Şriftin ölçüsü :

Saytın rəngi :

İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı mövzusunda keçirilən konfransda Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Fəxri Fərmanla təltif olunub.

22 noyabr 2022 | 10:06
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, “İnformasiya Təşəbbüslərinə Dəstək” ictimai birliyinin təşkilatçılığı ilə 18 noyabr 2022-ci tarixində Bakı şəhərində“İctimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı” mövzusunda konfrans keçirilib.
Konfrans çərçivəsində mərkəzi və yerli icra hakimiyyəti orqanlarında ictimai iştirakçılıq: şəffaflıq, hesabatlılıq və informasiya açıqlığı parametrləri baxımından monitorinq edilib. Monitorinqə 23 dövlət qurumu cəlb olunaraq onların fəaliyyətinin elektron resurslardan monitorinqi aparılıb.
Konfransın sonunda təltif etmə mərasimi keçirilib. Yerli səviyyədə ictimai iştirakçılığın səmərəli təşkilinə görə” Ağstafa Rayon İcra Hakimiyyəti yanında İctimai Şura Fəxri Fərmanla təltif olunub.
Keçidlər