Şriftin ölçüsü :

Saytın rəngi :

"İctimai nəzarət mexanizmlərinin gücləndirilməsi" mövzusunda zona konfransı keçirilməsi ictimai şuraların öz fəaliyyətlərində dönüş yaratdı.

17 avqust 2022 | 17:10

Bu gün ölkəmizdə ən aktual mövzulardan biri İctimai Şuraların fəaliyyəti ilə bağlıdır. Əbəs yerə deyil ki, möhtərəm cənab Prezident İlham Əliyev dəfələrlə çıxışında bu mövzuya toxunmuş və ictimayəti daha aktiv olmağa dəvət etmişdir.  Cənab Prezidentin son çıxışlarından birində vurğuladığı fikri nəzərinizə çatdırmaq istərdim: "Rayonlarda işlərin daha yaxşı getməsi üçün ictimai nəzarət olmalıdır. İctimai nəzarət, ictimaiyyətin fəallığı, mövcud olan problemlərə dövlət orqanlarının diqqətinin cəlb edilməsi fəaliyyəti daha effektiv edəcəkdir". Bu bir daha görsədir ki, möhtərəm cənab Prezident İctimai nəzarətə necə önəm verir. 

Düşünürəm ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin "QHT-dövlət əməkdaşlığında yeni çağırışlar: ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi" adlı  zona konfransı keçirilməsi ictimai şuraların  öz fəaliyyətlərində dönüş yaratdı. İctimai Şuralar Cəmiyyətin və dövlətin həyatında fəal iştirak etməli, qarşıya çıxan çatışmazlıqların aradan qaldırılmasında dövlət orqanlarının fəaliyyətinə dəstək göstərməlidir. 

Konfransda iştirakımız zamanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul şəxsləri bildirdilər ki, İctimai Şuraların fəaliyyəti, əsasən, cəmiyyətlə qarşılıqlı əlaqələrin gücləndirilməsindən, sağlam dialoqun qurulmasından, qərarların qəbulunda ictimai rəyin, vətəndaş maraqlarının nəzərə alınmasından ibarətdir və onların fəaliyyətində şəffaflığın, hesabatlılığın təmin edilməlidir. 

Bunları nəzərə alaraq konfrasdan sonra Ağstafa rayonunda 11 nəfərdən ibarət İctimai Şura formalaşdı. Seçkilər yolu ilə seçilən şəxslər müxtəlif təbəqələrdən ibarət olan insanları təmsil edir. Qısa zamanda fəaliyyətimiz dönəmində Ağstafa rayonu ərazisində reydlərin, fərdi və sayyari vətəndaş qəbullarının keçirilməsi, eyni zamanda rayonun ictimai -siyasi həyatında aktivlik göstərərək bir çox layihələrdə iştirak etdik. Qəbullar zamanı qaldırılan bütün məsələlər Şura üzvləri tərəfindən nəzarətə götürülmüş və aidiyyəti üzrə yönləndilmişdir. Bir çox məsələlər isə öz həllini tapmışdır. Misal üçün onu qeyd edim ki, rayonda reyd zamanı dərmir yolu ətrafında  yolların bərpasına ehtiyac vardır, daha sonra Saloğlu qəsəbəsində olduğumuz zaman Tibb məntəqəsinin su problemi var idi. Bunlarla yanaşı, bir neçə məsələ var idi ki, biz dərhal Rayon İcra Hakimiyyətinə məlumat verdik. Qısa zamanda qaldırğımız məsələlər müsbət həllini tapdı.

 Bütün bunlar isə Ağstafa Rayon İcra Hakimiyyəti ilə düzgün əməkdaşlığın qurulması və rəhbərliyin bu sahəyə ayırdığı diqqətin bariz nümunəsidir.

 

Ağstafa rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Teymur Əliyev

Keçidlər