Şriftin ölçüsü :

Saytın rəngi :

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən növbəti tədbirlər Dağ Kəsəmən kənd 1 nömrəli və Tatlı kənd tam orta məktəblərində təşkil olunub.

08 iyun 2023 | 12:03

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizn əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İclasda Ağstafa RİH-in əməkdaşı İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Əli Əliyev, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin könüllülər üzrə koordinatoru Ayşən Tağızadə, Dağ Kəsəmən kənd 1 saylı tam orta məktəbin müəllimləri, Ülviyyə Kərimova, Pərvanə Qocayeva və Tatlı kənd tam orta məktəbin müəllimləri, Namidə Cəfərova, Leyli Məmmədova mövzuya dair məruzələrlə çıxış ediblər.
Qeyd olunub ki, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkəmizdə hər bir şəxsin ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi dəyərləri əsas tutulur. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Bütün sivil dövlətlərdə ümumi qayğı və məsuliyyət predmeti kimi nəzərdən keçirilən bu meyarlar müstəqil Azərbaycan Rеspublikаsının ictimai-siyasi həyatında da özünə möhkəm yer tapmışdır.

Keçidlər