“İnsan Hüquqları Aylığı” çərçivəsində növbəti maarifləndirici tədbirlər Köçəsgər kənd 1 nömrəli və Həsənsu kənd tam orta məktəblərində keçirilib.
Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən ölkəmizdə hər il qeyd olunan “18 may-18 iyun İnsan hüquqları aylığı” çərçivəsində Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə bu gün keçirilən tədbirlərdən əvvəl xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirlərdə Ağstafa RİH-in məsul əməkdaşı İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon Təhsil sektorunun əməkdaşı Əli Əliyev, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin könüllülər üzrə koordinatoru Ayşən Tağızadə, Həsənsu kənd tam orta məktəbinin müəllimləri Günay Mehdiyeva, Əsmət Əliyeva və Köçəsgər kənd 1 saylı tam orta məktəbin müəllimi Saqif Babayev çıxışlarında Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindən olan insan hüquqları mövzusuna dair ətraflı məlumatlar veriblər. Həmçinin mövzuya aid video çarx nümayiş etdirilib.