Şriftin ölçüsü :

Saytın rəngi :

İstixanaların istilik təchizatında bio yanacaqların və günəş kollektorlarının tətbiqinin dəstəklənməsi ilə bağlı maarifləndirici görüş keçirilmişdir

06 may 2023 | 15:22

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin açılışında iştirak etdiyi “Karvan-L EKO” Sənaye Parkında keçirilən görüşdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarət olduğu qeyd olunmuşdur. Ölkəmizdə bərpa olunan enerji potensialından səmərəli istifadə edilməsi məqsədilə atılmış əsas addımlardan biri 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi və Dövlət Proqramının qəbulunun bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və ölkəmizin bu sahədəki potensialının dəyərləndirilməsinə geniş imkanlar yaratdığı vurğulanmışdır.

Ölkəmizdə bərpa olunan energetika sahəsinin inkişaf etdirilməsi, bu sahədə qanunvericilik və institusional mühitin təkmilləşdirilməsi məqsədilə müvafiq qanun və normativ hüquqi aktlar qəbul edilmişdir. Son illərdə sahə üzrə görülən işlər davam etdirilmiş və bərpa olunan enerjinin inkişafına xüsusi töhfə verən “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanunu təsdiq edildiyi, həmin Qanunun tətbiqi və icrasının təmin edilməsi məqsədilə alt qanunverici sənədlərin hazırlanması istiqamətdə müvafiq tədbirlərin icrası davam etdirildiyi bildirilmişdir.

 “Karvan-L EKO” Sənaye Parkının rəhbərliyi ilə istixana kompleksinin enerji təchizatında bio yanacaqların və günəş kollektorlarının tətbiqi barədə müzakirələr aparılmış və tövsiyyələr verilmişdir.

“Karvan-L EKO” Sənaye Parkının rəhbərliyi ölkə başçısının bu istiqamətdə apardığı siyasəti daim dəstəklədiklərini qeyd edərək, Sənaye Parkının inzibati binasında günəş kollektorundan istifadə edildiyi, gələcəkdə istixana kompleksində də bio yanacaqların və günəş kollektorlarının tətbiqinin diqqətdə saxlanılacağı bildirildi.

Sonda Sənaye Parkının ərazisində salınmış istixana kompleksinə baxış keçirilmişdir.

 

Keçidlər