Şriftin ölçüsü :

Saytın rəngi :

"Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun iş fəaliyyəti və inzibati binasında mövcud şəraitə diqqət yetirilib

16 may 2022 | 19:03

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov "Keşikçidağ" Dövlət tarix-mədəniyyət qoruğunun iş fəaliyyəti və inzibati binasında mövcud şəraitlə maraqlanıb, əməkdaşlarla görüşərək gələcək layihələrin icrasına dair tövsiyələrini verib.

Görüşdə qoruğun direktoru Musa Mursaquliyev "Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun yaradılması, elmi-tədqiqatlar və arxeoloji  qazıntılar, bu günə qədər görülən işlər, eləcə də gələcəkdə icra olunacaq tədbirlər barədə geniş bəhs edib.   Qoruq əməkdaşları  tərəfindən  qoruğa məxsus müasir tipli kiçik stenddə  sərgilənən, ərazidə aparılmış elmi-arxeoloji qazıntı işləri zamanı  aşkarlanmış zəngin artefaktlarla bağlı  ətraflı məlumatlar verilib.

Seymur Orucov xüsusi ilə qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə 32 km uzunluğunda yeni inşa olunan “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna gedən avtomobil yolu nəinki Ağstafanın, ümumilikdə regionun potensial imkanlarının genişləndirilməsi ilə turizmin inkişafı sahəsində müstəsna rola malik olacaqdır. Dövlətimizin başçısının Ağstafamıza göstərdiyi növbəti yüksək diqqət hər bir ağstafalı üçün xüsusi qayğının bariz nümunəsidir.

Keçidlər