Köçəsgər kəndində növbəti səyyar görüş keçirildi
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Köçəsgər kəndində səyyar qəbul-görüş keçirdi. Görüşdə rayon İcra hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının şöbə müdirləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd ağsaqqalları, ziyalılar və kənd sakinləri iştirak edirdilər.
Seymur Orucov ölkəmizdəki mövcud sosial-iqtisadi inkişaf və ictimai-siyasi sabitlikdən, eləcə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin konkret tapşırıqlarına əsasən Ağstafada son illərdə həyata keçirilmiş abadlıq-quruculuq işlərindən və inşası uğurla davam etməkdə olan sosial infrastruktur layihələr barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, rayonun bütün digər yaşayış məntəqələri kimi Köçəsgər kəndinin sosial probebləmlərinə daima qayğı ilə yanaşılmış, kəndin elektrik enerjisi və qaz təchizatı kimi məsələləri öz həllini tapmışdir. Görüşdə iştirak edən kənd sakinləri də öz növbəsində kənddə içməli su və suvarma suyunun yaxşılaşdırılması üçün 2 ədəd yeni subartezian quyusunun qazılması, kəndin daha müasir internet xətti ilə təmin olunması kimi təkliflərini irəli sürdülər.
Sonda icra başçısı sakinlər tərəfindən irəli sürülən təkliflərin icrası üçün müvafiq strukturların rəhbərlərinə konkret tapşırıqlarını verdi.