Köçəsgər kəndində sakinlər növbəti dəfə səyyar qaydada qəbul ediliblər
Ağstafa RİH başçısı Seymur Orucovun Köçəsgər kənd 1 nömrəli tam orta məktəb binasında keçirdiyi vətəndaşların səyyar qəbulunda müavinləri və aparatının şöbə müdirləri, aidiyyəti üzrə təşkilatların məsul şəxsləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
RİH başçısı, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi fonunda, 7 fevral 2024-cü ildə tarixdə ilk dəfə olaraq bütün ölkə ərazisində, o cümlədən Xankəndidə, Şuşada keçirilən seçkilər münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, xalqımız bu dəfə də qalib liderin ətrafında sıx birləşərək ölkəmizin xoş gələcəyi üçün əzmkarlıq və birlik nümayiş etdirdi, ölkəmizin xoşbəxt gələcəyini, sabitliyini, tərəqqisini dəstəklədi. Ulu Öndər Heydər Əliyev prinsiplərini və dövlətçilik ənənələrini layiqincə davam etdirən cənab İlham Əliyevin növbədəkənar Prezident seçkilərində möhtəşəm qələbəsi, bir daha bütün dünyaya bəyan etdi ki, Xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Səyyar qəbulda vətəndaşların müraciət və təklifləri qəbul olunaraq nəzarətə götürülüb. Hər bir məsələnin həlli istiqamətində aidiyyəti üzrə tövsiyə və tapşırıqlar verilib.