Şriftin ölçüsü :

Saytın rəngi :

Köçvəlili kəndində quraşdırılan 132 şagird yerlik modul tipli tam orta məktəb binasında işlər yekunlaşmaq üzrədir

15 mart 2023 | 17:52

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi haqqında” Sərəncamına əsasən Ağstafa rayonunun Köçvəlili kəndində 132 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması işləri son tamamlama mərhələsindədir. Ümumi sahəsi 6378,0 kv. metr olan binanın inşası üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə 424 min manat vəsait ayrılıb.

Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə modul tipli binanın quraşdırılması işlərinə növbəti dəfə baxış keçirib, aidiyyəti üzrə bir sıra tapşırıq və tövsiyələrini verib. Məktəb binası kitabxana, müəllim və dərs avadanlıqları ilə təmin olunan sinif otaqları da daxil olmaqla 14 otaqdan ibarətdir. Təhsil ocağı həmçinin mərkəzi istilik sistemi, sürətli internet şəbəkəsi, nəzarət kameraları ilə təchiz olunacaq, eləcə də su-kanalizasiya xətti ilə əhatə olunacaqdır.

Həmçinin köhnə məktəb binasındakı mövcud vəziyyət və tədris prosesinin gedişatına da diqqət yetirilib.

Keçidlər