Şriftin ölçüsü :

Saytın rəngi :

Kolxəlfəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Asif Nəsir oğlu Mədədovun doğum günüdür.

01 iyun 2022 | 19:00

Bu gün Kolxəlfəli kəndindən olan Vətən müharibəsi şəhidimiz Asif Nəsir oğlu Mədədovun doğum günüdür.
Bu münasibətlə şəhidimizin məzarı və doğma evində ailəsi ziyarət olunub.
Asifin anım günündə ailəsi və yaxınları ilə birlikdə Ağstafa Rayon İcra Hakimiyyətinin, YAP Ağstafa rayon Təşkilatının məsul şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Şəhidimizin ruhuna dualar oxunub, onun keçdiyi şərəfli ömür və döyüş yolundan geniş söz açılıb.
01.06.1988-ci il tarixində Kolxəlfəli kəndində anadan olan Asif, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi iştirak edib. Şuşa uğrunda gedən şiddətli döyüşlərdə şəhadətə ucalan Vətən oğlu “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Allah şəhidlərimizə rəhmət etsin!

Keçidlər