“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı Ağstafada tədbirlər həyata keçirilir
“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 6.2-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə maarifləndirici tədbir keçirilmişdir.
Ağstafa Rayon İcra Hakimiyyətinin inzibati binasında dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatların, tibb və təhsil işçilərin iştirakı ilə təşkil olunmuş tədbirdə, antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı işlərin gücləndirilməsi, cəmiyyətdə məlumatlılığın artırılmasına yönəlmiş maarifləndirmə işlərinin aparılması vurğulanmışdır.
Tədbirdə “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununun maddələrindən irəli gələn məsələlər müzakirə olunmuş, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair tövsiyələr verilmişdir.