Şriftin ölçüsü :

Saytın rəngi :

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə “Tədbirlər Planı”nın müvafiq bəndlərinin icrası ilə bağlı Ağstafada tədbirlər həyta keçirilir

08 aprel 2025 | 09:03

“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 5.1-ci və 6.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə Ağstafa Rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov ölkəmizdə mövcud qəti siyasi iradəyə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində aparılan sistemli islahatların müsbət nəticələrindən bəhs edib. Bildirilib ki, ölkə başçısının 2022-ci il 4 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Müşfiq Hüseynov ölkədə davamlı şəkildə aparılan korrupsiyaya qarşı mübarizə tədbirlərindən, vətəndaş-məmur münasibətlərinin minuma endirilərək onlayn müraciətlərə üstünlük verilməsi, digər sahələrdə olduğu kimi bu sahədədə vətəndaşların maarifləndirilməsi məsələlərinin ön plana çəkilməsindən danışaraq korrupsiyaya qarşı mübarizədə hamını fəal iştirak etməyə çağırmış, “Korrusiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın qarşıya qoyduğu vəzifələrə uyğun olaraq kütləvi informasiya vasitələrindən, o cümlədən dövlət orqanlarının  öz internet və sosial şəbəkə səhifələrindən istifadə etməklə korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar maarifləndirici materialların yayılması, daha geniş kütləni əhatə etməsi üçün videoçarxların nümayişi, bukletlərin hazırlanaraq əhali arasında paylanması, korrupsiyaya qarşı təşviqat materiallarının təşviq edilməsi istiqamətində Ağstafa Rayon İcra Hakimiyyəti tərəfindən görülən işlər haqqında geniş məlumat vermişdir. Cari ildə də korrupsiya ilə mübarizənin gücləndirilməsi tədbirlərinin davam etdiriləcəyi diqqətə çatdırılmışdır.

Təbliğat və təşviqat işlərinin daha da geniş auditoriyaya çatdırılması üçün korrupsiyaya qarşı tədbirləri özündə yığcam şəkildə əks etdirən bukletlər hazırlanaraq əhali arasında geniş yayılması təmin edilmişdir.

Keçidlər