“Meyvəçilik və üzümçülük sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər " mövzusunda tədbir keçirilmişdir
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Ağstafa Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda “Meyvəçilik və üzümçülük sahəsində mövcud imkanlar, çətinliklər və perspektivlər " mövzusunda tədbir keçirilmişdir. KOBİA-nın, Ağstafa Rayon İcra Hakimiyyətinin, Dövlət Vergi Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Dövlət Məşğulluq Agentliyinin, Ağstafa Dövlət Aqrar İnkişaf Mərkəzinin, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin, digər aidiyyəti və özəl qurumların iştirakı ilə keçirilmiş tədbirin məqsədi sahibkarları dövlətin dəstək mexanizmləri və sahibkarlara dəstək göstərən digər qurumların fəaliyyəti və göstərdikləri xidmətlər barədə məlumatlandırmaq, onlar arasında əməkdaşlığı təşviq etməkdir. Görüş zamanı sahibkarlıq subyektlərini maraqlandıran bir sıra suallar cavblandırılmış, müzakirələr aparılmış və bu istiqamətdə tövsiyə və məsləhətlər verilmişdir. İstehsal və emal sahəsində sahibkarların qarşılaşdığı çətinliklərlə bağlı müzakirələr aparılmış və həlli istiqamətində fikirlər bildirilmişdir.






