Şriftin ölçüsü :

Saytın rəngi :

Milli prokurorluq orqanlarının yaradılmasının 105-ci ildönümü Ağstafada qeyd olunub

02 oktyabr 2023 | 14:51
Tədbirdə Ağstafa rayon Prokurorluğunun əməkdaşları, Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının məsul şəxsləri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Mərkəzin muzey salonlarında ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən tarixi fotolardan ibarət stendlərə tamaşa olunub.
Tədbirdə ölkəmizdə hüquqi dövlət quruculuğunda, insan hüquq və azadlıqlarının qorunmasında, qanun pozuntusu halları və cinayətkarlığa qarşı mübarizədə prokurorluq orqanlarının rolundan ətraflı bəhs olunaraq qeyd olunub ki, ulu öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi qanunvericilik islahatları nəticəsində ölkəmizdə vətəndaşların demokratik hüquqlarının hərtərəfli bərqərar olması təmin edilmişdir.
Keçidlər