Şriftin ölçüsü :

Saytın rəngi :

Müasir müstəqil Azərbaycan dövlətinin xilaskarı, memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günündə əziz xatirəsi Ağstafada dərin ehtiramla yad edilib.

12 dekabr 2022 | 12:49

Ümumrayon anım tədbirində RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatlarının kollektivləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirkçıları öncə rayon Heydər Əliyev Mərkəzinin önündə ucaldılmış Ulu Öndərin abidəsi önünə gül dəstələri düzüb, dahi şəxsiyyət, dünyaşöhrətli siyasi xadimin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra Heydər Əliyev Mərkəzinin foyesində böyük ekranda Ümummilli Liderin mənalı ömür yolu, Azərbaycan xalqı və dövləti qarşısındakı misilisiz tarixi xidmətlərindən bəhs edən sənədli filmə, kitab sərgisinə tamaşa edilib, foto stendlərdən ibarət muzey salonlarına ekskursiya olunub.

Keçidlər