Müasir müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Böyük ömrün səlnaməsi" mövzusunda ümumrayon tədbiri keçirilib
25 yanvar 2023 | 19:48
Ağstafa rayon Heydər Əliyev Mərkəzinin böyük akt zalında keçirilən tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və ölkəmizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra böyük ölçülü ekranda Əbədiyaşar Lider Heydər Əliyevin şərəfli ömür yolu, Vətəni və xalqı qarşısındakı misilsiz xidmətlərindən bəhs edən film nümayiş etdirilib.
Seymur Orucov və digər çıxış edənlər, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, rayon Gənclər və İdman idarəsinin rəisi Əziz Məsmalıyev, səhiyyə işçisi Afət Aslanova, tarix müəllimi Şəfəq Cəlilova, mədəniyyət işçisi Rüfət Axundlu müasir müstəqil Azərbaycan dövlətinin banisi, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin mənalı ömür yolu və müasir tariximizin bütöv bir epoxasını özündə ehtiva edən Ulu Öndərin genişmiqyaslı fəaliyyətindən ətraflı bəhs ediblər.
Ağstafalı gənc müğənni Ramal Balacanovun “Heydər Xalqım deyəcək, Xalq Heydər söyləyəcək"! əsərinin ifası tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.