Şriftin ölçüsü :

Saytın rəngi :

Müdafiə Nazirliyi Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən "Əsgərə məktub" layihəsi çərçivəsində növbəti tədbir Ağstafada keçirilib.

19 avqust 2022 | 19:05

Ağstafa şəhəri, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunan tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, layihənin rəhbəri, təbliğat və təşviqat qrupunun rəisi Leyla Həsənova, ağstafalı qazilər, müharibə iştirakçıları, yeniyetmə və gənclər, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Layihə iştirakçıları məktublarında gecə-gündüz Vətənimizin keşiyində şərəflə duran Müzəffər Ordumuzun mərd əsgərlərinə  ürək sözlərini, xoş arzularını çatdırıb, hər biri ilə qürur duyduqlarını və hər zaman onların yanlarında olduqlarını qeyd ediblər.  

Keçidlər