Şriftin ölçüsü :

Saytın rəngi :

Müdrik alim, qayğıkeş ana Akademik Zərifə Əliyevanın xatirəsi sonsuz məhəbbətlə yad edilir

15 aprel 2023 | 12:28
O, insan kimi ətrafdakılara nümunə idi. O, qayğıkeş ana, vəfalı ömür-gün yoldaşı, işini mükəmməl bilən həkim idi. O, nursuz gözlərə işıq paylayan, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytaran idi. O, Ümummilli lider Heydər Əliyevin həyat yoldaşı idi. Onun əziz xatirəsi sonsuz məhəbbətlə yad edilir.
Zərifə Əliyevanın ömür yolu zəngin elmi fəaliyyət, qazanılan uğurlarla zəngindir. Zərifə xanıma həmkarlarının, yetirmələrinin, xəstələrinin hörmət və məhəbbətini qazandıran onun həkim fədakarlığı, yüksək vətəndaşlıq mövqeyi, səmimiyyəti, insanlara qayğısı idi. Son dərəcə xeyirxah insan olan Zərifə xanım Əliyeva yaşamaqdan, işləməkdən xüsusi zövq alırdı, nikbin insan idi, ətrafında xeyirxahlıq və etimad abı-havası yaratmaq üçün çox çalışırdı. Bu parlaq şəxsiyyət xeyrin təntənəsi, xalqın xoşbəxtliyi üçün əlindən gələni edirdi.
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür. Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının akademiki Zərifə Əliyeva oftalmologiya elminin inkişafına böyük töhfə verib.
Hörmət və ehtiramla anırıq!
Keçidlər