“Nüvə və digər kütləvi qırğın silahları təhlükəsi barədə əhalinin məlumatlandırılması” mövzusunda marrifləndirici tədbirlər davam etdirilir
Ağstafa Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin təşkilatçılığı ilə “Nüvə və digər kütləvi qırğın silahları təhlükəsi barədə əhalinin məlumatlandırılması” mövzusunda maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə nüvə və digər kütləvi qırğın silahlarının yarada biləcəyi təhlükələr, mümkün fövqəladə hallar zamanı davranış qaydaları və əhalinin mühafizəsi barədə məlumat verilib. İştirakçıların diqqətinə rəsmi xəbərdarlıq məlumatlarının izlənilməsi, sığınacaqlardan istifadə, fərdi mühafizə vasitələrinin tətbiqi və təxliyə zamanı təhlükəsizlik qaydalarına əməl olunmasının vacibliyi çatdırılıb.
Tədbirin məqsədi əhalinin mülki müdafiə sahəsində məlumatlılığını artırmaq və mümkün təhlükələr zamanı düzgün davranış vərdişlərini formalaşdırmaq olub.






