Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “1 Avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” mövzusunda Ağstafada tədbir keçirilib.

02 avqust 2023 | 11:58

Ağstafa Gənclər Evində keçirilən tədbirdə rayon gəcnlərinin fəal üzvləri iştirak ediblər. Natiqlər mövzuya dair geniş məruzələrlə çıxış edərək 1 Avqust Azərbaycan əlifbası və Azərbaycan dili gününün əhəmiyyətindən söz açaraq bildiriblər ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Ümummilli Lider həmin ilin 9 avqust tarixində imzaladığı Fərmanla bu əlamətdar gün təsis edilib. Qeyd olunub ki, 70-ci illərin ortalarından başlayaraq SSRİ-ni təşkil edən respublikaların ictimai-siyasi həyatında dil məsələsi yenidən gündəmə gətirilib. Bütün süni məhdudiyyətlərə rəğmən Ulu Öndər Heydər Əliyev ana dili məsələsində öz mövqeyini hər zaman çox qətiyyətlə qorumağa müvəffəq olmuşdur. Dövlət dili uğrunda ardıcıl mübarizə aparan Ümummilli Lider ziyalıları, xalqı ana dilinin dövlət dili kimi yaşamaq hüququ uğrunda mübarizəyə cəlb edərək bütün qüvvələri səfərbər etmişdir. Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir.

 

 

 

Keçidlər