Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində Ağstafada növbəti ağacəkmə aksiyası təşkil olunub

21 noyabr 2023 | 17:42

Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyi aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, partiya fəalları, rayonun məsul şəxsləri, könüllü gənclər və rayon ictimayiətinin nümayəndələri iştirak ediblər. Ağstafa şəhəri ərazisində keçirilən aksiyada 100 ədəd müxtəlif növ ağac tingi əkilərək aqrotexniki qulluq göstərilib, ərazidə müvafiq abadlıq işləri həyata keçirilib.

Aksiyada qeyd olunub ki, bu cür tədbirlərin keçirilməsində başlıca məqsəd ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə olunmasına, yaşıllıqların qorunmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmək, Ulu Öndərin təbiətə, yaşıllıqlara  qayğı ənənələrini davam etdirməkddən ibarətdir.

Keçidlər