Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ağstafalı yeniyetmələr arasında “Hədəf” adlı tir atıcılığı üzrə yarış keçirilib

13 oktyabr 2023 | 11:59
Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına uyğun olaraq Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş idman tədbiri Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin atıcılıq zalında təşkil olunub. Yarışın təşkilatçıları, Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsi və Qazax–Tovuz Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil sektorunun məsul şəxsləri qeyd ediblər ki, məqsəd hər kəsdə vətənə sədaqət hissləri formalaşdıran Heydər Əliyev irsinin yeniyetmələrə aşılamaq, onların hərbi vətənpərvərlik və vətəndaşlıq ruhunda tərbiyəsi, eləcə də asudə vaxtlarının səmərəli təşkili və bu idman sahəsinin rayonda təbliğidir.
Yarışda rayonun 28 orta ümumtəhsil məktəbinin hərbi rəhbərinin başçılığı ilə 8-10-cu sinif şagirdlərinin üç nəfərdən ibarət komandaları iştirak ediblər. Reqlamentə uyğun olaraq atışlar 6 metr məsafədən pnevmatik silahla həyata keçirilib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın yekun nəticələrinə əsasən Köçəsgər kənd 1 nömrəli tam orta məktəbin komandası 1-ci, Həsənsu kənd tam orta məktəbin komandası 2-ci və Yenigün kənd tam orta məktəbin komandası 3-cü pillədə qərarlaşıblar. Yüksək yerləri tutan komandalar müvafiq diplom, kubok və müxtəlif həvəsləndirici hədiyyələrlə təltif olunublar.

 

Keçidlər