Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı Ağstafa RİH-in Tədbirlər Planı çərçivəsində rayonda görülən işlər və qarşıya qoyulan mühüm vəzifələr müzakirə edilib
22 aprel 2024 | 18:00
Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən iclasda Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib. Qeyd olunub ki, qarşıya qoyulmuş məqsədlərə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində görülən işlər daha da gücləndirilməlidir.