Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində Ağstafa şəhərinin 1 və 3 nömrəli tam orta məktəblərində tədbirlər keçirilib

05 iyun 2023 | 15:53

Ombudsmanın təşəbbüsü ilə ənənəvi olaraq hər il olduğu kimi cari ildə də “18 iyun - İnsan Hüquqları Günü” ərəfəsində 18 may-18 iyun respublikamızda “İnsan hüquqları aylığı” elan olunub.

Ağstafada Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan hüquqları aylığı” çərçivəsində  silsilə tədbirlərin keçirilməsinə başlanılıb. Bu gün Ağstafa şəhəri 1 və 3 nömrəli tam orta məktəblərində keçirilən tədbirlərdən öncə Ümummilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirlərdə Ağstafa RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı İsa Məmmədov, rayon Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayon Təhsil sektorunun aparıcı məsləhətçisi Əli Əliyev, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin könüllülər üzrə kordinatoru Ayşən Tağızadə, Ağstafa şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi İndra Səmədova, 3 nömrəli tam orta məktəbin gənclərin çağırışa qədərki hazırlıq rəhbəri Arif Vəliyev, həmin məktəbin psixoloqu Elnarə İsgəndərova mövzuya dair geniş məruzələrlə çıxış ediblər.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyev tərəfindən 1998-ci il 22 fevral tarixində “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərman və 1998-ci il 18 iyun tarixində “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalanmışdır. Prezident İlham Əliyevin 2007-ci il 18 iyun tarixli Sərəncamına əsasən hər il ölkəmizdə 18 iyun tarixi Milli İnsan Hüquqları Günü kimi qeyd edilir.

Natiqlər, belə tədbirlər sosial-hüquqi statusundan asılı olamayaraq hər kəsin hüquqlarının müdafiəsi və təbliği sahəsində fəaliyyəti gücləndirmək, əldə olunan uğurlar barədə ictimaiyyəti məlumatlandırmaq, qarşıda duran vəzifələri müəyyən etmək, cəmiyyətin hüquqi cəhətdən savadlılığını artırmaq və hüquq mədəniyyətini inkişaf etdirmək, ayrı seçkiliyə və digər hallara yol verilməməsinin zəruriliyini xüsusi ilə vurğulayıblar.

 

Keçidlər