Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə “İnsan Hüquqları Aylığı” çərçivəsində Ağstafada insan hüquqlarına həsr olunmuş tədbir keçirilib.

11 iyun 2022 | 09:49

Ağstafa rayon Heydər Əliyev Mərkəzinin konfrans zalında keçirilən tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının, Rayon Prokurorluğunun, Gənclər və İdman İdarəsinin məsul əməkdaşları, eləcə də Ağstafa RİH yanında İctimai Şuranın üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, ölkəmizdə insan hüquqları sahəsində ilk strateji dövlət sənədi olan “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ümummilli lider Heydər Əliyev tərəfindən 1998-ci il 18 iyun tarixində təsdiq edilmiş və insan hüquqlarının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən olunmuşdur.

Çıxış edənlər ölkəmizdə insan hüquqlarının müdafiəsi, bu sahədə əldə olunmuş nəaliyyətlər, cəmiyyətdə hüquq düşüncəsinin və mədəniyyətinin inkişafına verilən dövlət dəstəyi barədə geniş söz açıblar.

Keçidlər