Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının əziz xatirəsi Ağstafada da dərin ehtiramla yad olunur
09 oktyabr 2025 | 10:43
Respublikanın hər yerində olduğu kimi, Ağstafa rayonunda da ölkəmizin azadlıq və suverenliyinin bərqərar olması naminə canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi böyük hörmət və dərin ehtiramla yad olunur. Ağstafa RİH başçısı Seymur Orucovun, şəhidlərimizin doğmalarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə şəhər, qəsəbə və kəndlərdə şəhidlərimizin məzarlarının ziyarətləri davam etdirilir. Qəhrəman şəhidlərmizin məzarları üstünə gül dəstələri düzülür, ruhuna dualar oxunur. Onların Vətən uğrunda nümayiş etdirdikləri qəhrəmanlıq nümunəsinə, keçdikləri şərəfli ömür və döyüş yollarına bir daha nəzər salınır.
Allah şəhidlərimizə rəhmət eləsin!






