Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizin kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı ağstafalı sahibkarlarla növbəti görüş keçirilib

14 iyul 2026 | 10:29

Prezident İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın  icrası ilə bağlı Ağstafada aidiyyəti üzrə məsul vəzifəli şəxslərin, yerli sahibkarların, fermerlərin və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə görüşlər davam etdirilir.

Ağstafa Rayon İcra Hakimiyyəti başçısı yanında sahibkarlarla keçirilən görüşdə onların təklif və müraciətləri dinlənilib, Dövlət Proqramının icrası ilə bağlı rayonda görülmüş işlər ətraflı müzakirə olunub. RİH başçısı Seymur Orucov bu istiqamətdə qarşıya qoyulmuş vəzifə öhdəliklərini, məqsəd və hədəfləri bir daha diqqətə çatdırıb, aidiyyəti üzrə nəzarət qaydasında göstərişlərini və müvafiq tövsiyələrini verib.

Keçidlər