Şriftin ölçüsü :

Saytın rəngi :

Pirli kəndində səyyar qəbul keçirildi

14 sentyabr 2023 | 20:22

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov  rayonumuzun Pirili kəndində növbəti səyyar görüş keçirdi. Görüşdə İcra başçısının müavinləri, şöbə müdirləri, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər. Seymur Orucov  Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində həyata keçirilən proqramlardan danışdı. O cümlədən Pirili kəndində də  qaz, işıq, içməli və suvarma suyu, yol məsələləri, təhsil, səhiyyə ocaqları kimi mühüm əhəmiyyətli sosial obyektlər daim diqqət mərkəzində saxlanılır və bu istiqamətdə zəruri addımlar atıldığını qeyd etdi. Səyyar qəbulda iştirak edən sakinlər öz müraciətlərində müxtəlif məsələləri irəli sürüblər. Sakinlərin  təklif və müraciətlərini qəbul edən rayon İcra hakimiyyətinin başçısı qaldırılan məsələlərin həll olunması istiqamətində aidiyyatı üzrə konkret tapşırıqlarını verdi.

Keçidlər