Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunmuş növbəti ağstafalı hərbi quluqçuların orden və medalları ailə üzvlərinə təqdim olunub.

19 yanvar 2023 | 16:11

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin 05 noyabr 2022-ci il tarixli müvafiq Sərəncamı ilə ölümündən sonra təltif olunmuş növbəti ağstafalı şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.

Tədbirdə Seymur Orucov, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa Rayon Şöbəsinin rəisi, polkovnik-leytenant Anar Hüseynov və RİH başçısı aparatının məsul əməkdaşları iştirak ediblər.

Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Vətən oğullarının ailə üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Keçidlər