Prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü Ağstafada qeyd olunub
1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı günündə Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayon prokuroru Anar Cəfərov, rayon Polis Şöbəsinin rəisi Vüqar Xəlilov, DTX-nın rayon Şöbəsinin rəisi Mirzə Kərimov, rayon Prokurorluğunun əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir işitrakçıları Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Seymur Orucov milli prokurorluq orqanlarının yaradılmasının 104-cü ildönümü münasibətilə prokurorluq əməkdaşlarını təbrik edib, onlara qanunun aliliyinin təmin edilməsi naminə icra etdikləri şərəfli xidməti fəaliyyətlərində uğurlar arzulayıb. Tədbirdə prokurorluq orqanlarının dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinin müdafiə edilməsindəki əhəmiyyətli rolundan, bu sahədə həyata keçirilən hüquqi islahatlardan bəhs olunub.