Şriftin ölçüsü :

Saytın rəngi :

Qalib xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr – Zəfər Günü ərəfəsində Ağstafa rayon Şəhidlər xiyabanı ziyarət olunub

06 noyabr 2026 | 15:32

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ərəfəsində təşkil olunan ziyarətdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri bir araya gəlib, torpaqlarımızın azadlığı naminə canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsini böyük ehtiramla yad ediblər. Şəhidlərimizin məzarları üstünə gül dəstələri düzülüb, Vətən övladlarının ruhuna dualar oxunub.  Azərbaycan əsgərinin keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, dövlətimizin qətiyyəti və rəşadətli ordumuzun gücü sayəsində Zəfər dastanının əhəmiyyəti vurğulanıb.

Uca Tanrıdan ölkəmizin azadlığı, suverenliyi uğrunda canını fəda etmiş şəhidlərimizə rəhmət, qazilərimizin tezliklə sağlamlıqlarına qovuşmasını diləyirik!

Keçidlər