Şriftin ölçüsü :

Saytın rəngi :

Qarahəsənli kəndindən olan Vətən müharibəsinin könüllü döyüşçüsü Orxan Sarvan oğlu Babayevin şəhadətə ucalmasından iki il ötür

10 noyabr 2022 | 16:49

Ağstafa RİH başçısı Seymur Orucov rayonun məsul şəxsləri ilə birlikdə şəhidimizin doğma evində təşkil olunan anım mərasimində iştirak edib. Orxan Babayevin keçdiyi mənalı ömür və şərəfli döyüş yollarından bəhs olunub, Vətən oğlunun əziz xatirəsi ehtiramla anılıb. Şəhidlərimizin ruhuna dualar oxunub.

Orxan Babayev 17.04.2001-ci ildə Qarahəsənli kəndində dünyaya göz açıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin sıralarında könüllü olaraq qəhrəmancasına savaşıb və ölkəmizin suverenliyi uğrunda göstərdiyi xidmətlərinə görə  “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə", “Xocavəndin azad olunmasına görə”  və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər