Qida təhlükəsizliyi ilə əlaqədar Ağstafa rayonunda maarifləndirici görüş keçirilib
Azərbaycan Respublikası Prezidentinin 29 aprel 2019-cu il tarixli, 1143 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.3-cü (Qida məhsullarının konservləşdirilməsi, saxlanılması və istifadəsi zamanı sanitar-gigiyena norma və qaydalarına riayət olunması ilə bağlı əhali arasında təşviqat və maarifləndirmə işlərinin aparılması) 10.12.4-cü (Sağlam və rasional qidalanma istiqamətində təşviqat işlərinin aparılması), 10.12.5-ci (Xüsusi həssas əhali qruplarının (uşaqlar, hamilə qadınlar və s.) sağlam qidalanmasının təmin edilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi) bəndlərinin icrasının təmin edilməsi məqsədilə vətəndaşlarla maarifləndirici görüş keçirilib. Keçirilən görüşdə Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırıması şöbəsinin baş məsləhətçisi Nəsimi Hacıyev və Qida Təhlükəsizliyi Agentliyinin Qazax-Tovuz regional bölməsinin aparıcı məsləhətçisi Hidayət Abdullayev iştirak ediblər. Maarifləndirici görüş Ağstafa rayonunda qida təhlükəsizliyinin təmin edilməsi prosesində vətəndaşların fəal iştirakını nəzərdə tutan ictimai nəzarət mexanizmlərinin daha da gücləndirilməsi, sağlam və rasional qidalanma istiqamətində təşviqat işinin aparılması məqsədini daşıyıb. Görüşdə çıxış edən natiqlər qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları bərədə geniş və ətraflı məlumat veriblər, eyni zamanda görüşdə qida təhlükəsizliyi ilə əlaqədar maarifləndirici bukletlər paylanılıb. Görüş diskussiya şəklində keçirilib.