Qırılı kəndində baramaların saxlanılma şəraitinə diqqət yetirilib
Ağstafa RİH başçısı Seymur Orucov rayonda ipək qurdunun bəslənildiyi yaşayış məntəqələrindən olan Qırılı kəndində baramaların saxlanılma şəraiti ilə tanış olub, kümçülərin qayğıları ilə maraqlanıb, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlətimizin dəstəyi ilə son illər Ağstafa rayonu üçün ənənəvi təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər bu gün öz bəhrəsini verməkdədir. Belə ki, ölkəmizdə baramaçılığa göstərilən dövlət qayğısından faydalanaraq hər il pulsuz ipək qurdları ilə təmin olunan ağstafalı kümçülər onlar üçün əlverişli və gəlirli təsərrüfat sahəsindən razılıqlarını ifadə edirlər. Buna görə də fermerlər gələcəkdə daha çox barama istehsal etməyi qarşıya məqsəd qoyurlar.