Şriftin ölçüsü :

Saytın rəngi :

Qırılı və Pirili kəndindən olan Vətən müharibəsi şəhidlərimizin şəhadətə ucalmasının ikinci ildönümləri qeyd olunub.

29 oktyabr 2022 | 16:11

Şəhidlərimizin ailələri ziyarət olunub, əziz xatirələri ehtiramla anılıb.
Təbriz 05.08.1994-cü ildə Qırılı kəndində anadan olub. Vətən müharibəsində Azərbaycan Ordusunun  müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi savaşıb. Zəngilanın azadlığı uğrunda gedən şiddətli döyüşlərdə igidlik göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidimiz “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və "Zəngilanın azad olunmasına görə" medalları ilə təltif olunub. Orxan Avdıyev 1995 ci ilin  2 avqustunda Bakı şəhərində doğulub.  Daha sonra ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndinə baba ocağına köçüblər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Abdıyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Keçidlər