Şriftin ölçüsü :

Saytın rəngi :

Ramiz Bağman oğlu Mustafayevin şəhadətə ucalmasının ikinci ildönümündə əziz xatirəsi ehtiramla yad edilib

29 yanvar 2023 | 15:25

Anım günündə RİH başçısı Seymur Orucov müavinləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidimizin doğma evində ailəsini ziyarət edib.

Ramiz Mustafayevin keçdiyi şərəfli ömür yolundan bir daha xatirələr  yad edilib, Vətən uğrunda göstərdiyi qəhrəmanlıq nümunəsindən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.

Ramizin valideynləri, eləcə də ikinci ildönümündə iştirak edən digər ağstafalı şəhidlərimizin ailə üzvləri Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya ölkəmizdə hər bir şəhid ailəsinə göstərilən yüksək dövlət qayğısına görə dərin minnətdarlıqlarını bildiriblər.  

11.05.1989-cu il tarixində Ağstafa şəhərində anadan olan Mustafayev Ramiz Bağman oğlu Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusi idi. Həmçinin 44 günlük Vətən müharibəsində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda sücayət göstərmişdir. O, 2021-ci il yanvarın 28-də Kəlbəcər rayonu ərazisində, "Ömər aşırımı" adlanan ərazidə şəhidlik zirvəsinə ucalıb və ertəsi gün Ağstafa rayon Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ailəli olan şəhidimizin özündən sonra iki övladı yadigar qaldı.

Allah şəhidlərimizə rəhmət aləsin!

Keçidlər