Rayon mərkəzindəki mövcud vəziyyət növbəti dəfə araşdırılıb
26 avqust 2023 | 13:21
Ağstafa RİH başçısı Seymur Orucov aidiyyəti üzrə məsul şəxslərlə birlikdə növbəti dəfə rayon mərkəzini gəzib, Mərkəzi bazar, ictimai iaşə, xidmət və ticarət obyektlərindəki mövcud şəraiti ətraflı araşdırıb. Sakinlərə göstərilən xidmətin keyfiyyəti nəzərdən keçirilərək onları maraqlandıran məsələlər öyrənilib. Sahibkarlarla maarifləndirici söhbətlər aparılıb və müvafiq tövsiyələr verilib.