Şriftin ölçüsü :

Saytın rəngi :

Sağlam qidalanmanın təmin edilməsi ilə bağlı maarifləndirici tədbir keçirilib

27 aprel 2026 | 11:16

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nın 10.12.5-ci bəndinin icrası məqsədi Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ağstafa Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin və AQTA-nın Qazax-Tovuz Regional Bölməsinin dəstəyi ilə məktəbəqədər təhsil müəssisələrində şagirlərlə maarifləndirici görüş keçirilmişdir.

Görüşdə Rayon Mərkəzi Xəstəxanasının və AQTA-nın Qazax-Tovuz Regional Bölməsinin nümayəndələri iştirakçılara balanslaşdırılmış qidalanmanın şərtləri, yeniyetmələrin sağlam qidalanmasının əhəmiyyəti haqqında məlumat verilib. uşaqlara erkən yaşlarından sağlam qidalanma vərdişlərinin vacibliyi diqqətə çatdırılıb.

Keçidlər