“Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 aprel tarixli 1143 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Qida Təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş 10.12.3-cü 10.12.4-cü və 10.12.5-ci yarımbəndlərinin icrasının təmin edilməsi məqsədilə Ağstafa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, AQTA-nın Qazax-Tovuz Regional Bölməsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin və “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin dəstəyi ilə “Sağlam və rasional qidalanma” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Ağstafa RİH-in, AQTA-nın Qazax-Tovuz RB-nin, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin məsul əməkdaşları, təhsil işçiləri və məktəb şagirdləri iştirak ediblər. Qida təhlükəsizliyi sahəsində qəbul olunmuş yeni qanunun müddəaları, qeyri-düzgün qida rasionunun qurulmamasının insan orqanizmində nə kimi fəsadlara yol aça biləcəyi, eyni zamanda sağlam qidalanmanın insan üçün müsbət təsirləri haqqında iştirakçılara ətraflı məlumatlar verilib. Həmçinin konservləşdirilmiş qidalar, o cümlədən qida məhsullarının etiketlərində yer almalı olan məlumatlar, etiket üzərində simvol və işarələrin izahı, bakteriya mənşəli qida zəhərlənmələrinin təsviri və qarşısını alınması istiqamətində tövsiyələr verilib, məhsul alarkən etiket məlumatları ilə bağlı vacib məqamlar diqqətə çatdırılıb. Sonda iştirakçıların sualları cavablandırılıb, qida təhlükəsizliyi ilə bağlı maarifləndirici bukletlər paylanılıb.