Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyununun Ağstafa rayon birincilyi keçirilib

05 aprel 2023 | 18:48

 Ağstafa şəhər 2 saylı tam orta məktəbində təşkil olunan birincilikdə Ağstafa Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin, Ağstafa Təhsil Sektorunun, “Ağstafa Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon şöbəsinin məsul şəxsləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirin açılış mərasimində çıxış edən məsul şəxslər qeyd ediblər ki, ölkəmizin hər yerində təşkil olunan “Şahin” hərbi-idman oyununun keçirilməsində əsas məqsəd məktəblilərin ordu sıralarında hərbi xidmətə hazırlanması, gənclərin vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunda tərbiyə edilməsi, onların mənəvi-psixoloji və hərbi-fiziki hazırlığının təmin olunmasına dəstək olmaqdan ibarətdir. Gərgin və maraqlı mübarizə şəraitində keçən rayon birinciliyində Ağstafa şəhər 2 nömrəli tam orta məktəbin komandası 1-ci, Göycəli kənd tam orta məktəbin komandası 2-ci,

Tatlı kənd və Ağstafa şəhər 1 saylı tam orta məktəblərin komandaları 3-cü yerlərə layiq görülüblər.

Yüksək yerləri təmin edən komandalara Ağstafa rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

 

Keçidlər