Şriftin ölçüsü :

Saytın rəngi :

Şanlı Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən Vətən oğullarının şəhadətə ucalmasının ikinci ildönümündə əziz xatirələri ehtiramla anılır

12 noyabr 2022 | 18:14

Ağstafa RİH başçısı Seymur Orucov müavinləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə şəhidlərimizin ailələrini növbəti dəfə ziyarət edib. Qıraq Kəsəmən kəndində Kərimov Sübhan Murtuz oğlu, Kolxəlfəli kəndində Mədədov Asif Nasir oğlu, Saloğlu qəsəbəsində Məmmədli Rüfət Vidadi oğlu, Qırılı kəndində İmaməliyev Elvin Elsevər oğlu, Ağstafa şəhərində Abdullayev Nihad Adil oğlu, Vurğun qəsəbəsində Nəzərli Vasif Zahid oğlunun doğma evlərində hər birinin keçdiyi mənalı ömür və şərəfli döyüş yolları bir daha böyük iftixar hissi ilə xatırlanıb, ruhlarına dualar oxunub. Ölkəmizdə şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısından geniş bəhs olunub.

Keçidlər