Şriftin ölçüsü :

Saytın rəngi :

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 11-ci ildönümü Ağstafada qeyd olunub.

13 fevral 2023 | 14:11
Tədbirdə RİH başçısı Seymur Orucov, müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağstafa rayon Şöbəsinin əməkdaşları, rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsinə dərin ehtiramlarını bildiriblər. Sonra müasir dövlətçiliyimizin və ən yeni tariximizin qurucusu olan ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən foto-ekspozisiyalardan ibarət Mərkəzin muzey salonlarına ekskursiya olunub.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 2012-ci il fevralın 13-də Prezident İlham Əliyevin Fərmanı ilə yaradılmışdır. Bu dövlət qurumu gənclərin hərbi-vətənpərvərlik tərbiyəsini, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığını, həqiqi hərbi xidmətə çağırışını, ehtiyatda xidmətkeçməsini, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırışını, xüsusi hərbi ixtisaslar üzrə hazırlığını, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını həyata keçirir.
Keçidlər