"Şəhərsalma və Memarlıq İli" çərçivəsində Ağstafanın idarə, müəssisə və təşkilat komandaları arasında voleybol üzrə turnir keçirilib
2026-cı ilin ölkəmizdə "Şəhərsalma və Memarlıq İli" ilə əlaqədar Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Ağstafa rayony üzrə Gənclər və İdman sektorunun birgə təşkilatçılığı ilə Həsənsu kənd tam orta məktəbin idman zalında rayonun idarə, müəssisə və təşkilat komandaları arasında voleybol üzrə turnir təşkil olunub.
Yeddi komandanın iştirak etdiyi turnir gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Yekunda YAP Ağstafa rayon təşkilatının komandası 1-ci, Ağstafa Uşaq-Gənclər İdman məktəbinin komandası 2-ci, Ağstafa Uşaq-Gənclər İdman Şahmat məktəbinin komandası isə 3-cü yerlərə layiq görülüblər.
Qaliblər Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin müvafiq medal və diplomları ilə təltif olunublar.






