Şriftin ölçüsü :

Saytın rəngi :

“Şəhərsalma və Memarlıq İli” rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev – Müasir Azərbaycanın Baş Memarı” adlı dərs təşkil edilib

22 aprel 2026 | 17:08
2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı rayonda keçirilməsi nəzərdə tutulan işlər üçün hazırlanmış Ağstafa Rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq Ağstafa rayon Heydər Əliyev Mərkəzində rayonun ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Heydər Əliyev – Müasir Azərbaycanın Baş Memarı” adlı dərs təşkil edilib.
Şagirdlər əvvəlcə mərkəzlə tanış olub, muzeydə sərgilənən eksponatlar haqqında ətraflı məlumatlar əldə ediblər. Bir neçə məktəbin tarix müəllimləri Fatimə Yusifli, Səbinə Hacıyeva və Elduz Məmmədova şagirdlərə mövzuya dair geniş mühazirə səsləndirərək qeyd etdi ki, bu gün respublikamızda hər bir quruculuq işində, şəhərsalmanın digər təzahürlərində biz Ulu Öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi ənənənin davamını, bu sahədəki varisliyin bariz nümunəsini görürük. Bu gün Azərbaycanın memarlığı və şəhərsalmasında yeni mərhələ başlamışdır və bu, Ulu öndər Heydər Əliyev irsinə sadiqlik nümunəsidir.
Daha sonra Ümumilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edilən sənədli filmi nümayiş etdirilib.
Dərslər “Şəhərsalma və Memarlıq İli”nin sonunadək öncədən tərtib olunmuş qrafikə uyğun olaraq davam etdiriləcək.
Keçidlər