Şəhid anası Xanımzər Məmmədovanın dəfn mərasimi keçirilib
14 oktyabr 2026 | 16:44
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, icra hakimiyyəti aparatının məsul şəxsləri və ictimaiyyət nümayəndələri Birinci Qarabağ müharibəsində şəhid olmuş Qalib Qulu oğlu Məmmədovun anası Xanımzər Məmmədovanın dəfn mərasimində iştirak ediblər. Dəfn mərasimində mərhumənin ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verilib, Xanımzər Məmmədovanın əziz xatirəsi ehtiramla yad edilib. Şəhid ailəsinə göstərilən diqqət və qayğı çərçivəsində mərhumənin ailəsinə başsağlığı verilib, onların kədərinə şərik olunub. Allah rəhmət eləsin!






