Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid atası, Ağstafa Rayon Ağsaqqallar Şurasının sədri Hüseyn Əzizoğlu müalicə aldığı rayon Mərkəzi Xəstəxanasında ziyarət olunub

19 aprel 2024 | 15:36

Ağstafa RİH başçısı Seymur Orucov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə stasionar qaydada müalicə olunan şəhid atasına baş çəkib, onun səhhəti və müalicə prosesinin gedişatı ilə maraqlanıb. Söhbət əsnasında H.Əzizoğlu xəstəxanadakı mövcud şəraitdən və tibbi personalın peşəkarlığından məmnunluğunu ifadə edərək şəhid ailələrinin üzvlərinin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunmasına, onların sağlamlığının qorunması, eləcə də sosial problemlərinin həllinə görə dərin minnətdarlığını bildirib.

Həkimlər müalicənin uğurla davam etdiyini və pasiyentin yaxın günlərdə evə buraxılacağını bildiriblər.

Keçidlər