Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid gizir Muradov Seyfəddin Mahmud oğlunun şəhadətə ucalmasının yeddinci günündə Böyük Kəsik kəndindəki doğma evində anım mərasimi keçirilib.

20 sentyabr 2022 | 16:20

Ağstafa RİH başçısı Seymur Orucov, Müdafiə Nazirliyinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və məsul şəxslərlə birlikdə şəhidimizin ailəsini ziyarət edib.  Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla anılıb. 12-13 sentyabr 2022-ci il tarixində düşmənin Azərbaycanın dövlət sərhədində törətdiyi genişmiqyaslı hərbi təxribatının qarşısını alarkən gizir Muradovun timaslında əsgərlərimizin  göstərdiyi mərdlik və sücaətdən geniş söz açılıb. Şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb. Şəhidin atası Mahmud Muradov Vətəninə xidmət etmək üçün hərbi sahəni seçdiyi üçün hər zaman oğlu ilə qürur duyduğunu söyləyərək, şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısına görə minnətdarlığını bildirib.  

09.09.1993-cü ildə Ağstafanın Böyük Kəsik kəndində anadan olan Seyfəddin Muradov evli idi. Şəhidimizin özündən sonra bir oğul və bir qız övladı yadigar qaldı.

Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər