ŞƏHİDİMİZ TAHİR ÇİNGİZ OĞLU ƏLİYEV AĞSTAFA RAYON ŞƏHİDLƏR XİYABANINDA İZDİHAMLA DƏFN OLUNDU
Ağstafanın Xətai Kəndindən olan Vətən oğlu ilə əvvəlcə doğma evində vida mərasimi keçirilib. Daha sonra rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidimizin doğmaları ilə yanaşı Ağstafa RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məsul şəxsləri, müharibə iştirakçıları, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, avqustun 5-də Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Tahir Əliyev Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçasının üzərinə düşməsi nəticəsində bədən xəsarətləri alıb. Həkimlərin səylərinə baxmayaraq O, şəhidlik zirvəsinə ucalıb.
Allah şəhidlərimizə rəhmət etsin!