Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb
27 sentyabr 2025 | 13:28
27 Sentyabr – Anım Günü saat 12:00-da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi ölkəmizin bütün ərazisində bir dəqiqəlik sükutla yad olunub.
Sükut dəqiqəsi zamanı dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən səs siqnalları verilib.






