Seymur Orucov Ağstafa şəhərində növbəti səyyar qəbul keçirib
Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasının akt zalında keçirilən səyyar qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə təşkilatların nümayəndələri və vətəndaşlar iştirak ediblər.
RİH başçısı giriş nitqi söyləyərək qeyd edib ki, möhtərəm Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi islahatların təməlində xalqın rifahının və ölkəmizin dayanıqlı inkişafının təmin olunması dayanır. Adı və imzası tarixə əbədi qalib xalq lideri kimi həkk olunan ölkəmizin başçısının rəhbərliyi ilə bu gün həm regional, həm də qlobal səviyyədə bütün iqtisadi və siyasi məsələlərdə Azərbaycanla hesablaşılır və ölkəmizin maraqları nəzərə alınır.
Səyyar qəbulda vətəndaşların qaldırdıqları hər bir məsələ qeydiyyata alınaraq nəzarətə götürülüb. Məsələlərin həlli tədbirləri müəyyən edilib, aidiyyəti üzrə məsul şəxslərə müvafiq tövsiyə və tapşırıqlar verilib.
Görüşdə iştirak edən Ağstafa şəhər ictimaiyyətinin nümayəndələri, Ağstafa şəhərinin inkişafı məqsədilə həyata keçirilən abadlıq-quruculuq, eləcə də bu istiqamətdə icra olunan ayrı-ayrı sosial infrastruktur layihələrə, həmçinin dövlət səviyyəsində ağstafalılara göstərilən yüksək diqqətə görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.